Elza Seyidcahan “Xəbərlər” proqramının aparıcısı oldu - FOTO
28 noyabr 2012 14:24 (UTC +04:00)

Elza Seyidcahan “Xəbərlər” proqramının aparıcısı oldu - FOTO

Əməkdar artist Elza Seyidcahandanın növbəti maraqlı addımı ilə tamaşaçıları təəccübləndirib. Lent.az-n məlumatına görə, əməkdar artist Şəkinin regional “Kanal S” televiziyasının qonağı olub. Sənətçi kanalda yayımlanan axşam xəbərlərinin aparıcısı kimi efirə çıxıb. Xəbərlərin aparıcısı Asif Bağırovla efirə çıxan müğənni bu sahədə bacarığını nümayiş etdirib. Xəbər aparıcılarından geri qalmayan Elza Seyidcahan proqramda ciddi görünüşü və sərt üz ifadəsi ilə yadda qalıb. Müğənni xəbərləri təqdim etməyin həyəcanlı və məsuliyyətli olduğunu bildirib.



Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939

Oxşar yazılar