Xatirə İslam: “Onların əksəriyyətində “yola vermək” xüsusiyyəti var”
Ana olmağa hazırlaşan müğənni Xatirə İslam solo konsert vermək niyyətindədir. Müğənni bu barədə Lent.az-a açıqlamasında deyib: “Çox istəyirəm ki, Opera və Balet Teatrında konsert verim. Bu konsertin baş tutması üçün əlimdən gələni edirəm”.
Daha sonra yaradıcılığındakı yeniliklərdən söz açan müğənni yeni mahnısının çətinliklə ərsəyə gəldiyini söyləyib: “Yaradıcılıq işlərimdə yeniliklərim çoxdur. Pərvizin bəstəsi olan yeni mahnı ifa etmişəm. Bu mahnını daha sonra aranjemana göndərdim. Mahnı çox çətinliklə ərsəyə gəldi. Mahnının aranjeman prosesi 1 ay çəkdi. Tunar Rəhmanoğlu və Hacı Nazimin bəstəsi olan daha bir neçə mahnını ifa etməyi düşünürəm”.
Yerli aranjemançıların işindən narazılığını dilə gətirən müğənni söyləyib ki, onların bəzilərinin gördüyü işlər ürək açan deyil: “Mən Türkiyədə və Azərbaycanda aranjeman olunan mahnıları müqayisə edəndə türklərin peşəkarlığını görürəm. Bizim aranjemançıların əksəriyyətində “yola vermək” xüsusiyyəti var”.
Yalçın Süleymanov

2287