Elza Seyidcahandan “Sevgililərin rekviyemi”
28 noyabr 2012 10:51 (UTC +04:00)

Elza Seyidcahandan “Sevgililərin rekviyemi”

Əməkdar artist Elza Seyidcahan sözləri millət vəkili Qənirə Paşayeva aid olan “Sevgililərin rekviyemi” adlı mahnısına klip çəkdirir. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, hazırda klipin son tamamlama işləri gedir: “Bir müddət öncə sözləri millət vəkilimiz Qənirə xanıma aid olan “Sevgililərin rekviyemi” adlı mahnını ifa etdim. Daha sonra qərara aldım ki, bu mahnıya ekran həyatı verim. Artıq bu klipin son mərhələsindəyik. Klip tam hazır olduqdan sonra klipi təqdim edəcəyəm”.

Qeyd edək ki, əməkdar artist rejissorluq işini Nailə Ələkbərovanın öhdəsinə buraxıb.



Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848

Oxşar yazılar