Azərbaycanlı stilistdən maraqlı saç düzümü kolleksiyası –
Bakıda vizaj ustalarının müsabiqəsində münsiflər kürsüsündə iştirakçıları qiymətləndirən tanınmış stilist Anar Ağakişiyev müsabiqə üçün xüsusi kolleksiya hazırlayıb. Lent.az-ın məlumatına görə, Anarın TAC adını verdiyi kolleksiyası maraqla qarşılanıb.
Təbii saçlardan hazırladığı baş karkaslarının fərqli makiyajla tandemini yaradan Anarın kolleksiyası hamının diqqətini çəkib. Şou boyu ekstravaqant saç düzümlərində olan modellər, modelyer Leyla Əhmədovanın kolleksiyasında yer alan geyimlərdə podiuma çıxıb. Qlobus formasında olub üzəri xüsusi led işıqlarla bəzədilmiş saç düzümü isə stilistin ən maraqlı işlərindən sayıla bilər. Belə ki saç düzümünün üzərində işıqlardan Azərbaycanın xəritəsi əks olunub. Bir aya yaxın bu kolleksiya üzərində çalışan Anar yaxınlarda daha bir səs-küylü layihəsini təqdim etməyə hazırlaşır. Bununla yanaşı Şəkinin regional televiziyası “Kanal S”də “Dəbin hökmü” proqramını aparan stilist yeniliklərini sözügedən proqramda da təqdim etməyi düşünür.

Oxşar yazılar

Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33
Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR
10 may 2025 , 13:23
Hollivudun ən səs-küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI
9 may 2025 , 18:08
Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20