Xuraman Şuşalı: “Ən bahalı geyimimin qiyməti... ” - FOTO
23 noyabr 2012 11:29 (UTC +04:00)

Xuraman Şuşalı: “Ən bahalı geyimimin qiyməti... ” - FOTO

Müğənni Xuraman Şuşalı Lent.az-a müsahibə verib. Yeni mahnısına klip çəkdirməyə hazırlaşan müğənni yaradıcılığından, gələcək planlarından danışıb.


- Necəsiniz, işləriniz necə gedir? Artıq məhərrəmlik ayıdır. Bu aylarda toy olmadığından müğənnilər yaradıcılıq işlərini sürətləndiriblər. Sizi də həmin müğənnilərin sırasına aid etmək olar?

- Həmişə olduğu kimi yaxşıyam. Bəli, indi məhərrəm ayıdır. Amma mən daim yaradıcılıq işlərimlə məşğulam. Bunu toya getməyimlə əlaqələndirmək istəmirəm. Toy ayrı, yaradıcılıq işləri ayrı. İndi klipimin çəkilişlərinə hazırlaşıram. Sizinlə müsahibəmi bitirdikdən sonra, bir başa klipimin çəkiləcəyi məkana yollanacağam. Deyim ki, fərqli bir klip olacaq.

- Bildiyimizə görə, dekabr ayında əcnəbi müğənni ilə konsert proqramı ilə çıxış etmək niyyətindəsiniz...

- Bəli doğrudur. Dekabr 14-də təşkilatçı-prodüser Samir Xəttabın təşkilatçılığı ilə keçiriləcək “Narkotikə yox deyək” adlı konsertdə Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva ilə səhnəyə çıxacağam. Artıq bu konsertə də hazırlıq işləri gedir. Düşünürəm ki, maraqlı bir konsert olacaq.

- Bu yaxınlarda 2-ci övladınız oldu. Çətin deyil ki, ailə ilə yaradıcılığı bir arada davam etdirmək?

- Xeyir mənim üçün o qədərdə çətin deyil. Çünki sənətimdən zövq alıram. Yaradıcılıqla məşğul olmayanda depressiyaya düşürəm. Bu üzdən yaradıcılıq işlərimə fasilə vermək fikrim yoxdur. Ailə və sənəti bir arada davam etdirmək mənə asandı.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni mahnılar yazdırmışam. Bir neçə mahnım tam hazırdır, bir neçəsi isə aranjemandadır. Bu mahnılara da klip çəkdirməyi düşünürəm. Artıq növbəti mahnıma bu gün klip çəkilir. Yaxın müddətdə isə yeni albomum işıq üzü görəcək.

- Şou aləmində baş verən prosesləri izləyirsinizmi?

- Mən şou aləmində olsam da, bu aləmdə baş verən proseslərə münasibət bildirmirəm. Çünki hər kəs onsuz da öz işi ilə məşğuldur. Kim nə edir? Özü bilər. Mən heç kəsin işinə qarışmıram. Hazırda şou-biznesdə durğunluqdur. Yeni nə isə edən ifaçı yoxdur.



- Şou aləmində dostunuz varmı?

- Mən bu şou-biznesdə heç kimlə dostluq etmirəm. Heç dostluq etmək fikrim də yoxdur. Sadəcə şou aləmində hər kəslə münasibət qururam. Yəni “salam-sağ ol” edirəm.

- Ümumiyyətlə, yaxşı ya da pis insanı necə tanıyırsınız?

- Neçə illərdir, şou aləmindəyəm. Hər cür insan görmüşəm. Ancaq mən insanı bir baxışla tanıyıram. İnsanın gözlərinə baxan zaman onun necə insan olduğunu bilirəm.

- Övladlarınızın məşhur olmasını istərdinizmi?

- Əlbəttə istəyərdim. İstəyərdim, tanınsınlar, ancaq şou-biznesdə yox. Başqa bir sahədə tanınmış insan olmalarını istəyərdim.

- Xuraman xanım əyninizdə qeyri-adi geyim görürəm. Ümumiyyətlə ən bahalı paltarınızın qiyməti nə qədərdir?

- Maraqlı sualdır. Geyimlərimi modelyer Şəlalə xanım hazırlayır. Ancaq ən bahalı geyimimi bu yaxınlarda aldım. Onun qiyməti 2500 manatdır.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4501

Oxşar yazılar