Xanmıların ən cazibədar yaş həddi
21 noyabr 2012 05:27 (UTC +04:00)

Xanmıların ən cazibədar yaş həddi

Britaniyalı alimlər qadının cazibədarlığının yaş həddini müəyyənləşdirib.
Onların araşdırmasına görə, ən gözəl yaş 31-dir. Məhz bu dövrdə qadın öz cazibədarlığının zirvəsində olur. Təbii gözəllik, özünə əminlik, illərin təcrübəsi onun gənc qızlardan daha gözəl görünməsinə təsir edir.

Bu nəticəni əldə etmək üçün minlərlə insan arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 70 faizi özünə əminliyi cazibədarlığın əsas amili adlandırıblar.

Müəyyən qismin fikrincə, özünəməxsusluq istənilən qadının diqqət mərkəzində qalmasına kömək edir.

Araşdırmaçılar müəyyən edib ki, şəhərdə yaşayan xanımlar özlərinə daha çox əmin olur. Bölgələrdəki qadınlarda isə bu halın faiz dərəcəsi nisbətən aşağı olur. Özünə inam isə 28 yaşdan sonra daha da güclənməyə başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621

Oxşar yazılar