Ofis işçilərinin yorğunluğu səbəblərindən biri də müəyyənlişb
0
0
Ofis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yalnız yuxusuzluq və ya ağır iş deyildir.
Bu amillərin təsiri olsa da, əsl səbəb oksigen azlığıdır.
ABŞ-ın elm adamları ofis və idarələrdə karbon miqdarının yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər.
Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Hava təmizləmə və tənzimləmə sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə çata bilir.
Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi ən sıx karbondioksid iclas otağında qeydə alınıb.
Insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərarvermə mexanizmlərinə mənfi təsir edir və yorğunluq yaradır.