Eldarın zəngini gözlə!
14 noyabr 2012 18:51 (UTC +04:00)

Eldarın zəngini gözlə!

0
“Eurovision 2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov axtarışa çıxıb. Lent.az-ın məlumatına görə, müğənni öz “facebook” səhifəsində maraqlı və diqqətçəkən bir elan yerləşdirib: “Hər şey çox gözəl olacaq. Gözləyirəm! Eldar istedadlar axtarır!”

Daha sonra müğənni qeyd edib: “Əgər sən oxumağı sevirsənsə və ömrün boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayırdınsa, onda sənin yerin məhz bizimlədir. Bunun üçün sadəcə öz Video və ya Audio ifanı bu e-mail-a göndər: [email protected]”. Və bəlkə də çox yaxın zamanda məhz Sənin ulduzun ən parlaq işıq saçacaq. Qeyd olunan ünvana göndərilən məktubda ad, soyad, ata adı, yaş, məşğuliyyət, telefon nömrəsi və yaşayış yerini yazmağı unutmayın. Və Eldarın zəngini gözlə”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1360

Oxşar yazılar