“Eurovision-2013” müsabiqəsinin qaydaları dəyişdi
08 noyabr 2012 18:50 (UTC +04:00)

“Eurovision-2013” müsabiqəsinin qaydaları dəyişdi

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu barədə qərarı şounun Məşvərət Qrupu qəbul edib və qərar Avropa Yayım Birliyi tərəfindən dəstəklənib.

Əvvəllər ölkələr çıxış nömrələrini püşkatma yolu ilə müəyyənləşdirildilərsə, bu dəfə püşkatma üç mərhələ ilə keçiriləcək. Yarımfinalda çıxış edəcək ölkələr yarımfinal yerləşdirmə püşkatmasında iştirak edəcəklər. Bu proses ənənəvi olaraq yanvarın sonunda baş tutacaq. Məhz bundan sonra hansı ölkənin hansı yarımfinalda çıxış edəcəyi müəyyənləşəcək. Ondan sonra prodüserlər ölkələrin çıxış edəcəyi nömrələri müəyyən edəcəklər. Eyni prosedura finala da aid olacaq. Yalnız şounun ev sahibliyi edəcək ölkənin (İsveç) çıxış nömrəsi püşkatma yolu ilə müəyyənləşəcək.

”Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand deyib ki, EBU bu dəyişikliklərlə üç müxtəlif şou düzəltmək niyyətindədir: “Biz həm tamaşaçılar, həm
iştirakçılar üçün möhtəşəm televiziya şousu etmək istəyirik. Ölkələrin çıxış nömrələrin prodüserlər tərəfindən müəyyən edilməsi TV şounu daha da maraqlı edəcək və biz yenilik etmiş olacağıq”.

Çıxış nömrələri prodüserlər tərəfindən müəyyən olunmasından sonra onlar EBU icraçı direktoru və Məşvərət Qrupu tərəfindən təsdiqlənməlidir. İsveç Danimarka və Norveçlə həmsərhəd olduğuna görə Məşvərət Qrupu qərara alıb ki, bu ölkələr ayrı yarımfinallarda çıxış etsinlər, çünki bu ölkələr bir şouda iştirak etsə, biletlərin böyük hissəsini bu ölkələrdən olan tamaşaçılar almış olacaq, başqa ölkələr üçün isə bilet qıtlığı yaranması ehtimalı artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2327

Oxşar yazılar