
Təranə Səmədova: “Başqa cür yozulmasını istəmirəm”
0
0
Tanınmış prodüser Təranə Səmədova ilə rejissor Nail Naiboğlunun tədbirlərin birində səmimi fotosu çəkilib. Lent.az-a açıqlama verən prodüser bu şəklin başqa mənaya yozulmasını istəmədiyini deyib: “Gördüyünüz şəkildə mən Naillə iş barəsində danışırdım. Başqa cür də yozulmasını istəmirəm. O, ailəli adamdır, mənim dostumdur. Onunla gənc müğənni Günay İbrahimlinin ifa etdiyi “Özüm də sənsən” adlı mahnısına çəkiləcək klip barəsində danışırdıq. Mən ona dedim ki, bu klipdə yalnız Nail Naiboğlunu görürəm”.
Qeyd edək ki, gənc müğənni Günay İbrahimlinin ifa etdiyi “Özüm də sənsən” adlı mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə Nuriyyə Əhmədovaya aiddir.
Yalçın
Qeyd edək ki, gənc müğənni Günay İbrahimlinin ifa etdiyi “Özüm də sənsən” adlı mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə Nuriyyə Əhmədovaya aiddir.
Yalçın
0
0