"Ətrafımda yetəri qədər pullu var, kişi axtarmıram" - Pərvin
08 iyul 2020 09:32 (UTC +04:00)

"Ətrafımda yetəri qədər pullu var, kişi axtarmıram" - Pərvin

"Özümdən razı olacaq səbəblərim çoxdur. Allah bir insana lazım olan hər şeyi mənə verib, əsirgəməyib: gözüm, ağzım, burnum, qaşım yerindədir. Niyə də özümdən razı olmayım?".

Lent.az-ın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona ünvanlanan tənqidlərə cavab verərkən deyib:

"Kişi axtarmıran. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox. Ona görə də bu cür cümlələr qurmayın: özünə kişi, sponsor axtarır. İnanın ki, bu mənim üçün iki vur ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona nəsə etmişəm, pul xərcləmişəm. Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7936
avatar

Yalçın UĞUR

Oxşar yazılar