"Valideynlərimin təqaüdü ilə dolanıram" - Elnur
20 iyun 2020 11:22 (UTC +04:00)

"Valideynlərimin təqaüdü ilə dolanıram" - Elnur

"Eurovision" iştirakçılarımızdan olan Elnur Hüseynov maddi sıxıntı çəkdiyini etiraf edib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda İnstaqramda canlı yayımda deyib.

Hazırda İzmirdə yaşayan ifaçı bildirib ki, valideynləri ona köməklik edir:

"Dövlətimiz Türkiyədə yaşayan vətəndaşlarına koronavirus pandemiyası ilə əlaqədar 200 lirə yardım paylayır. Bu köməkdən mən də yararlanmışam. 200 lirə ilə bir həftənin yarısı dolanaram. İndi valideynlərim mənə kömək edir. Anam və mən atamın dövlətdən aldığı təqaüdlə dolanırıq. Bu barədə danışmaqdan çox məmnun deyiləm. Başqa kömək gözləmirəm və axtarmıram. Heç vaxt kiməsə yazmamışam ki, mənə yardım et. Xərclərimi minimuma endirməyə çalışıram ki, bu çətin dövrdə valideynlərimdən əlavə pul istəməyim".

Elnur "O səs Türkiyə"dən sonra müəllimi olan Ebru Gündeşin ona yardım etməməsindən söz açıb:

"Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla böyük problemlər yaşandı. O vaxt Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdu. Sonra devalvasiya oldu. İndi isə koronavirus... Buna görə heç bir layihəni həyata keçirə bilmədim. Layihə üçün yaxşı pulu olan bir adam olmalıdır. Yoxdursa, pul olmalıdır. Mənim isə nə adamım, nə də pulum var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19120
avatar

Oxşar yazılar