Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Qorxmaz Əlili barədə qalmaqallı fikirlər səsləndirib.
Lent.az-ın məlumatına görə, ifaçı "Show news" verilişinə açıqlamasında bu sözləri deyib:
"Qorxmaz Əlili var idi, şou Əlili... İndi bilmirəm yaşayır, ya yox. Qayıtdı ki, mənə sizin kimi yox, primitiv oxuyan lazımdır ki, pul qazanım. Bu adam nə qədər dayazdır ki, sənəti yox etmək istəyir. Musiqi bazarda alver səviyyəsinə gəlib çıxıb.
Elə ediblər ki, şou-biznesdə gərək kişi olmayasan. Qaş almalısan, dodaq şişirtməlisən ki, yolun açılsın. Kişi kimi səhnəyə çıxa bilmərəm? İnsanlar var, deyir ki, oxumağın bir tərəfə, kişiliyinə pərəstiş edirik. İndikilərin görünüşü dəyişib, elə bil şalvarlarını it dişləyib, cırıq geyinirlər. İngilis geyinir, özü bilər. Sənin üçün kişi kostyumları var, geyin özünü təbliğ et. Gərək cinsinin ortası cırıq olsun? Danışsam, gərək hamıyla düşmən olum. Hamısı elə geyinir.
İndiki 19 yaşlı cavanlara baxın: onundan biri səviyyəlidir. Yol gedir, ona-buna söz atır. Axı həmin qızın da qardaşı var, söz atanda öz bacını düşün. Biz elə deyildik. Adam söz atanda, özünü onun qardaşının yerinə qoymalıdır. Gəlib səni tutub, başqa hərəkət edər".