Rejissor Kənan M.M.-lə evli olan müğənni Aygün Mahmudova (Şükürova) karantini necə keçirməsindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Hüseynova bacıları“ verilişində deyib:
“Bizim bir sözümüz var: "Evdən çıxmayın, evdə qalın". Amma Kənan deyirki, evdə qalın, amma az yeyin. İnanın ki, hər gün idman edirik. Kənan bizi idmana öyrədib. Başqa variantımız yoxdur. İndi idman edib efirə gəlmişəm”.