“Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı".
Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Aygün Bəylər" 5/5"verilişində deyib:
"Bəlkə də, bu imicim o vaxt populyar olmaq üçün lazım idi. Yeni bir obraz idi. Daha sonra bu imic həyatıma döndü. Qərara aldım ki, elə bu formada qalım. Hamı da “Biz səni kişi kimi görmüşük, belə də qal” deyirdi. Uşaqlıqda elə işlər görürdüm ki, indi bunu kişilər edir. Bu sənəti kişi kimi qorumağı özümə borc bildim. Ailəm, hər kəs sənətə gəlməyimi istəmirdi. Deyirdilər ki, oxumaq olmaz, toylarda nağaranı çal. Dedim ki, görərik olar, ya olmaz? Övladımdan sonra insanlara qarşı pis fikirlərim, nifrət hisslərim yox oldu. Evdə saf birini böyüdürəm. Ondan mənə yaxşı enerji gəldi. Buna görə də, sənətdə qala bildim”.