Müğənni Ramal İsrafilov illərlə küsülü olduğu Əməkdar artist Abbas Bağırov barədə danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "Söhbətsiz" verilişində bu sözləri deyib:
"İlhamə Quliyeva ilə Flora Kərimova kimi Abbasla mənim də söz-söhbətimiz ölənə qədər bitməyəcək. Sənətçi dostumdur, önəmli yerlərdə oxuyur. Öz gücünə o yerlərə qalxıb. Mənə də imkan versin oxuyum. Qulağıma gəlir ki, məni Abbas filan yerdən saxladı, radioda mahnılarımın verilməsini qoymur. Mən də gedib Abbasın adamlarından böyük adamlar tapdım və mahnımı radioya verdim. Görünür mənim gücüm daha çox oldu".