"Atam öləndən sonra anama dedim ki, ailə qur" - Əməkdar artist
22 iyun 2020 16:25 (UTC +04:00)

"Atam öləndən sonra anama dedim ki, ailə qur" - Əməkdar artist

"13 yaşımda atam rəhmətə getdi. 23 yaşımda anama dedim ki, ailə qur".

Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Ay Zaur" verilişində deyib: "Görürdüm ki, anam hər gün əziyyət çəkir. Atamdan sonra anam il yarım işləmədi. Dayım dedi ki, nə qədər ömrüm var sizə baxacam. Özüm işləyirdim, pul qazanırdım.

Anama yazığım gəldi, dedim, cavandır, insandır. Həyat adama bir dəfə verilir. Anamın fikrini öyrənməli idim. Anama o sualı verməsəydim, hissiyatsız biri olardım. İkimiz idik, oturmuşduq. Dedim, sən də əziyyət çəkirsən, həyatdır, atam rəhmətə getdi. Qayıtdı ki, məsləhətini saxla, mənə vermə. Razı olarsan ki, kiməsə ata deyəsən? Dedim ki, onsuz o sözü deyən deyiləm. Anam da cavab verdi ki, onda otur yerində".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8710
avatar

Yalçın UĞUR

Oxşar yazılar