"Ağlıma gəlməzdi ki, atasız, anasız olacam" - Səidə Dadaşova
22 iyun 2020 09:17 (UTC +04:00)

"Ağlıma gəlməzdi ki, atasız, anasız olacam" - Səidə Dadaşova

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova "Ən yaxşısı" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı orada ata və anasından söz açıb:

"Heç vaxt dilimə gətirməzdim ki, atasızlar sırasında olacam. Həm də anasızlar sırasındayam. Mənim üçün atam həm ata, həm ana olub. Heç vaxt atamla bağlı o ifadəni (ölüb - red.) dilimə gətirmərəm. Mənim üçün atam qayıtmayacağı bir yerə gedib. İçimdə yaşadıram onu. Atam gedəndən sonra bəzi insanları da dəfn etdim. Elə lazım idi. Göstərişi, cəmiyyət içində oynamağı sevmirəm. Məni sevənlər belə sevsin, artistlik edə bilmərəm. 

Atam şəxsi həyatında bir kişi kimi xoşbəxt deyildi. Aktyor və ata kimi sevilirdi. Atam hər zaman sadiq idi. Atam deyirdi ki, ehtiyatlı ol. Mən olmayanda çox şeylər baş qaldıracaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7168
avatar

Yalçın UĞUR

Oxşar yazılar