Tərləməyin qarşısını belə alın: Həkim danışır
20 iyun 2020 19:42 (UTC +04:00)

Tərləməyin qarşısını belə alın: Həkim danışır

Tərləmək insan orqanizminə xas olan təbii bir prosesdir. Lakin isti yay aylarında həddindən artıq tərləmək həm xoşagəlməz qoxu, həm də görüntü yaradır. Bu da insanın sosial həyatına təsirsiz ötüşmür.

Görəsən, çox tərləməyin səbəbi nədir və bunu təbii yolla azaltmaq mümkündürmü?

 Lent.az-a açıqlama verən həkim-dermatoloq Azər Mirzəyevin sözlərinə görə, tərləməyin səbəbləri çox ola bilər:

“Bunun əsas səbəbi vegetativ sinir sistemi ilə bağlı olan tər reseptorlarının funksiyasının pozulmasıdır. Qalxanvari vəzi və şəkərli diabet xəstələrində, həssas sinir sistemi olan insanlarda daha çox tərləmə hiss olunur. Bəzi hallarda isə tərləmək insanın həyat tərzi ilə bağlıdır”.

Həkim qeyd edib ki, istifadə olunan “sprey”lər müalicə üsulu deyil. Onlar 5-6 saat qala bilir:

 “Çox tərləmənin qarşısını təbii olaraq müalicə ilə yanaşı, bitkilərlə də almaq olar. Bunun üçün el arasında palıd qabığının dəmləməsindən, çobanyastığı bitkisindən istifadə olunur”.

Banu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19447
avatar

Oxşar yazılar