Saç boyaları xərçəng xəstəliyinin riskini artırır! - Bu riski azaltmaq olarmı?
16 iyun 2020 13:52 (UTC +04:00)

Saç boyaları xərçəng xəstəliyinin riskini artırır! - Bu riski azaltmaq olarmı?

Gözəl və cavan görünmək hər yaşda, hər kəsin arzusudur. Ancaq bəzən gözəlləşmə həvəsi xəstəliklərin yaranmasına səbəb olur. Dünya Qida və Tələbat Maddələri Yoxlama və Sertifikalama Araşdırmaları Dərnəyi aparılan araşdırmalarla bəzi saç boyalarının lenfoma və sidik kisəsi xərçəngi kimi xəstəliklərə səbəb olduqlarının aşkar edildiyini bildirib.

Araşdırmada, saçlarını boyayanlar arasında bu xəstəliyə yoluxma riskinin 19 faiz çox olduğu bildirilərkən, saçlarını ildə 12 dəfə və ya daha çox boyayanların xəstəliyə yaxalanma riskinin yüzdə 26 daha çox olduğu qeyd edilir. 15 il ərzində saçlarını tez-tez xüsusilə də tünd rənglərlə boyayan qadınlarda sidik kisəsi xərçənginə yaxalanma riskinin heç boyamayanlara nisbətən 3 dəfə daha çoxdur.

"Tibb elmləri üzrə fəlsəfə doktoru, farmakolog" Oruc Allahverdiyev öz məqaləsində bu barədə geniş məlumatlar verib. Lent.az həmin məqaləni sizə təqdim edir:

Yaxın zamanlarda aparılan elmi araşdırmanın (retrospektiv) nəticələrinə əsasən, daimi saç boyasından istifadə edən qadınlarda süd vəzisi xərçəngi riskinin 9% yüksək olduğu qənaətinə gəlindi. Bu elmi araşdırma təxminən 50 min qadın üzərində aparılıb. Tədqiqatın nəticələrinə görə, Afrika kökənli Amerikalı qadınlarda hər 5-8 həftədə saç boyası istifadə edən, süd vəzisi xərçəngi riski arasındakı əlaqə 60% artıb. Eyni riskin ağ dərili qadınlar da 8% ətrafında olduğu göstərilib.

Bu araşdırmada əsas məqsəd, saç boyası və kimyəvi saç məhsullarından istifadə edən qadınlarda xərçəng riskini artırıb-artırmadığını müəyyən etməyə yönləndirilib. Əgər tədqiqatın məqsədi digər xəstəliklər ilə saç boyası istifadə edənlər arasında riski ortaya qoymaq olsaydı; məsələn şəkər xəstəliyi, demans, depresiya, sonsuzluq və. s, sizcə hansı nəticəyə gəlmək olardı? Düşünməliyikmi?! Bəli, məncə düşünmək lazımdır! Nəzərə almaq lazımdır ki, hətta ən təhlükəsiz boyalar da çox sayda kimyəvi maddəni ehtiva edir və gözlənilməz təsirlərə səbəb ola bilər. Ayrıca, bu kimyəvi maddələrin istifadəsi müvəqqəti dəri qıcıqlanması, allergiya, saç tökülməsi, dərinin rəngsizləşməsi və digər gözlənilməz sağlamlıq problemləri də daxil olmaqla bir sıra yan təsirlərə səbəb ola bilər. Boya tətbiq edən saç ustalarının daha çox mesane xərçəngi olduğuna dair araşdırmalar da var. Bədənə inhalyasiya və ya təmas yolu ilə daxil olan bəzi kimyəvi maddələr buna səbəb ola bilər.

Sonda onu qeyd edək ki, daha gözəl və ya daha cavan görünmək üçün saç boyamağa davam edənlər xəstəliklərə yaxalanma riskini gözə almış olurlar.Buna görə də, saçlarınızı rəngləyərkən təbii boyalardan istifadə etməyiniz məsləhət görülür

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4402
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar