Dişlərlə bağlı daha əvvəl eşitmədiyiniz 4 maraqlı məlumat
08 iyul 2020 16:06 (UTC +04:00)

Dişlərlə bağlı daha əvvəl eşitmədiyiniz 4 maraqlı məlumat

Dişlərin görüntüyə təsirini və çeynəməyə kömək etdiyini bilirik. Onlar həzm sisteminin vacib bir hissəsidir. Mədə-bağırsaq sisteminin sağlamlığı, dişlərin sağlamlığından keçir. Hətta bir dişin itirilməsi belə həzm sisteminə çox mənfi təsir göstərir. Bu bilgilər demək olar ki, çoxlarına məlumdur. Bəs dişlər haqqında bilmədiklərimiz?

Lent.az xarici KİV-ə istinadən, sizə dişlər haqqında bilmədiyiniz 4 maraqlı faktı təqdim edir.

Diş minası insan bədəninin ən sərt toxumasıdır. Çoxlu sayda mineral təbəqədən ibarətdir və sümüklərdən daha sərtdir. Hər nə qədər sümükdən möhkəm olsa da, bu onun zədələnməməsi demək deyil.

Ağız gigiyenası min illərlə əvvələ söykənir. Qədim insanlar hər 6 aydan bir diş həkiminə getməsələr də, onları təmizləmək üçün bir-birindən fərqli üsullar təkmilləşdiriblər. Məsələn, qədim misirlilər dişlərini parlatmaq üçün yumurta qabığından istifadə ediblər. Hazırda istifadə edilən diş fırçaları 1700-cü ildə kəşf olunub.

Hər bir diş bənzərsizdir. Onlar da qar dənəsi və barmaq izi kimidir, ağızdakı heç bir diş ya şəxsin özünün ya da başqa birinin dişi ilə eyni deyil. Dişlər eyni zamanda insanın yaşından, sahib olduğu xəstəliklərdən, keçirdiyi stressdən xəbər verir.

Diş fırçası ilə yalnız diş səthinin 65/100-ə çata bilərik. Diş səthinin bir qismi onların bir-birinə təmas etdiyi hissələrdir. Buranı isə yalnız diş ipi ilə təmizləyə bilərsiniz. Əks halda isə bakteriyalar orada toplanacaq və dişlərinizə zərər verəcək.

Banu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8419
avatar

Oxşar yazılar