Zaqatalada ər boşanmaq istəyən arvadını güllələdi - TƏFƏRRÜATLAR   - YENİLƏNİB
17 mart 2023 10:36 (UTC +04:00)

Zaqatalada ər boşanmaq istəyən arvadını güllələdi - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Zaqatalada baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb uzun müddətdir davam edən ailə münaqişəsi olub. Mərhum 34 yaşlı Firəngiz Yusifova ilə onun əri, qətli törədən 38 yaşlı Məhəmməd Didiyev arasında xeyli müddətdir söz-söhbət, ailə mübahisələri yaranıb. Məlumata əsasən, poçt işçisi olan F. Yusifova bu mübahisələrdən bezərək ötən gün boşanmaq üçün Zaqatala rayon məhkəməsinə ərizə yazıb.

Arvadının boşanma üçün ərizə yazmasından xəbər tutan M. Didiyev isə bununla raızlaşmayıb. Nəticədə o, Firəngizi öldürmək qərarına gəlib.

O, səhər saat 9 radələrində yaşadığı evdə ov tüfəngi ilə arvadı Firəngizi güllələyərək öldürüb.

Zaqatala rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisəni törədən Məhəmməd Didiyev könüllü olaraq polisə təslim olub. 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

***
Saat: 09:39

Zaqatalada qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 17-da saat 9 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

# 20271
avatar

Oxşar yazılar