Yutuber canlı yayım zamanı öldürüldü
15 mart 2025 15:40 (UTC +04:00)

Yutuber canlı yayım zamanı öldürüldü

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım zamanı bıçaqlanaraq, qətlə yetirilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis hadisədən sonra bir nəfəri saxlayıb. Şahidlər və canlı yayımı izləyənlər hücum zamanı Satonun kömək çağırışını eşitdiklərini deyiblər.

Polis 42 yaşlı Kenci Takanonu həbs etdiklərini bildirib. Ayri Sato hadisə zamanı bədənin yuxarı hissəsindən aldığı ağır yaralarla xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, qız orada ölüb. Takano prokurorluğa təhvil verilib, lakin hələ də ittiham irəli sürülməyib.

Silahlara nəzarətin son dərəcə sərt olduğu Yaponiyada zorakı cinayətlərə nadir hallarda rast gəlinir. Lakin son illərdə bıçaq və əldəqayırma silahlarla bir neçə səs-küylü cinayətlər baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar