"YaponçiK"
10 avqust 2021 14:42 (UTC +04:00)

"YaponçiK"

"Yaponçik"in qatili tutuldu: Moskvaya aparılır...

Abxaziyada adam öldürməkdə təqsirli bilinən Astamur Butba saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, o, mərhum kriminal avtoritet “Yaponçik”in qətlində təqsirli bilinir. İstintaq Astamur Butbanın “Yaponçik”i qətlə yetirməsini sübut edib.

Məlumata görə, hadisə 2009-cu ilin iyul ayında, Moskvanın “Xoroşevski” şossesindəki “Tayski slon” kafesində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, “Yaponçik” həmin kafedən çıxarkən A.Butba onu snayper tüfəngi ilə güllələyərək öldürüb.

Hazırda Astamur Butba polis tərəfindən saxlanılıb və Moskvaya aparılır.

# 6924
avatar

Mehman Nəbiyev

Oxşar yazılar