Uşaq xəstəxanası qarşısında  QƏTL:   arvadını... -YENİLƏNİB
06 sentyabr 2021 17:15 (UTC +04:00)

Uşaq xəstəxanası qarşısında QƏTL: arvadını... -YENİLƏNİB

Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini, 24 yaşlı Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, digər təxirəsalınmaz hərəkətlər yerinə yetiriblər.

Araşdırmalarla zərərçəkmişin əri 33 yaşlı Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Saat: 16:35

Bərdədə 33 yaşlı kişi həyat yoldaşını bıçaqlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhər uşaq xəstəxanasının qarşısında baş verib.

Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı T.Mustafayev həyat yoldaşının başına bıçaqla xəsarət yetirib. Nəticədə qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı Bərdə rayon Praktorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5316
avatar

Mehman Nəbiyev

Oxşar yazılar