Azərbaycanlı iş adamını öldürən
10 avqust 2021 22:11 (UTC +04:00)

Azərbaycanlı iş adamını öldürən

Ukraynada azərbaycanlı iş adamını öldürənlərin KİMLİYİ BİLİNDİ

Ukraynanın Odessa şəhərində qətlə yetirilən 25 yaşlı azərbaycanlı iş adamı Laçın Məmmədovun qatili müəyyən edilib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, bu 35 yaşlı Gürcüstan əsilli Rusiya vətəndaşı Roman Bayram oğlu Qurbanovdur. İlkin araşdırma zamanı məlum olub ki, o və qətldə şübhəli bilinən Elmuraz Məmmədov Odessaya 2 həftə əvvəl gəliblər.

Qətldə təqsirli bilinənlər bu müddət ərzində Laçın Məmmədovu izləyiblər. Bundan sonra öz niyyətlərini həyata keçirə biliblər.

Hazırda onların axtarışı gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar