Adila K.
30 sentyabr 2021 17:51 (UTC +04:00)

Adila K.

Üç tələbə qız vəhşicəsinə öldürüldü - YENİLƏNİB - VİDEO


Orenburqda öldürülən tibb kollecinin tələbələrindən digər ikisinin də kimliyi açıqlanıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, onlar 16 yaşlı Adila K. Və 19 yaşlı Zülfiyyə C-dir. 

Qeyd edək ki, ilkin məlumatda 3 tələbə qızın balta ilə öldürüldüyü bildirilirdi. 

İndi isə onların boyunlarından və kürəklərindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Bu dəhşətli hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur.

***

11:45

Orenburqun Qay şəhərindəki tibb kollecinin  tələbələri olan 17,18 və 19 yaşlı qızlar vəhşicəsinə qətlə yetirilib. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 18 yaşlı Ənvər S. qətldə şübhəli bilinir. İlkin məlumata görə, o, qətlə yetirdiyi qəzlardan biri, 17 yaşlı Ayqiz U. Ilə görüşürmüş.

Qeyd edilir ki, qızlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə tapılıb. Ayqizin meyiti isə evdən 100 metr aralıda, həyətdə aşkarlanıb. 

Tələbələrin üçü də təhsul almaq üçün Orenburqa Başqırdıstandan gəliblər. 

Məlumata görə, qızlar balta ilə öldürülüb, sonra mənzil yandırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8637
avatar

Oxşar yazılar