Rusiyada kişi həyat yoldaşının qardaşını və özünün iki oğlunu güllələyib və intihar edib
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Omsk vilayətində baş verib. 36 yaşlı kişi arvadının 27 yaşlı qardaşını, iki oğlunu (üç və beş yaşlı) öldürərək intihar edib.
Fövqəladə hadisə axşam saatlarında rayon sakini ilə həyat yoldaşı arasında boşanma səbəbindən yaranan münaqişədən sonra baş verib.
Məlumata görə, kişinin 30 yaşlı arvadı, bir və yeddi yaşlı digər iki uşağı qaça bilib. Onların 4 uşaqları olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.