Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov
04 avqust 2021 18:07 (UTC +04:00)

Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov

Sumqayıtda narkotacirlərə qarşı ƏMƏLİYYAT: 4 nəfər tutuldu

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyatlar zamanı şəhər sakinləri Ayaz Həsənov, Etibar Məmmədov və Rafiz Kərimov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı müvafiq olaraq 350 qrama yaxın heroin,  400 qram marixuana və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində yerləşən bir mağazadan oğurluq edən Münasib Şirinov saxlanılıb. Onun gecə saatlarında mağazaya daxil olaraq oradan müxtəlif əşyalar oğurladığı məlum olub. 

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Sumqayıtda narkotacirlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5850
avatar

Mehman Nəbiyev

Oxşar yazılar