İntihar edən Sevil Atakişiyeva
22 fevral 2021 17:09 (UTC +04:00)

İntihar edən Sevil Atakişiyeva

Sevil Atakişiyevanın intiharı ilə bağlı cinayət işi açıldı

20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma"nı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində Xətai rayonunda yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb", - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyi də vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2838
avatar

Mehman Nəbiyev

Oxşar yazılar