Ötən gün Türkiyədə 25 yaşlı Tuğçe Canın boğazının kəsilərək öldürülməsi barədə xəbər vermişdik.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən onun 22 yaşlı tələbə sevgilisi Onur. K Eskişehirdə mərkəzdə gəzərkən saxlanılıb.
Məlumata görə, Onur. K-nın səhhətində problemlər olduğu üçün o, xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxs polisə ifadəsində, sevgilisini öldürdükdən sonra dərman içib özünü öldürmək istədiyini deyib.
Hazırda araşdırmalar davam edir.