Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Eskişehirdə Yenibağlar məhəlləsi, HacıHüsnü küçəsində qeydə alınıb. Qocalar evində işləyən 25 yaşlı Tuğçe Can səhər saatlarında işə gedərkən yaşadığı binanın blokunda naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs ona çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazını kəsib.
Gənc qız yerindəcə keçinib. Onun meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Hadisəni törədən şəxsin isə axtarışları davam edir.