Penzada bir oğlan mübahisə zamanı sevgilisini pilləkənlərdən aşağı itələyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, nəticədə qız 18 yaşının tamam olmasına bir həftə qalmış yerindəcə dünyasını dəyişib.
Məlumata görə, qız Müasir Emal Texnologiyaları və Biznes Kollecində təhsil alıb. O, sevgilisi ilə bir otaqda yataqxanada yaşayırdı. Tələbənin meyitini digər tələbələr mərtəbələr arasındakı keçiddə aşkar ediblər.
Polis onun sevgilisini saxlayıb. O, dindirmə zamanı qızı səhvən pilləkənlərdən aşağı itələdiyini etiraf edib. Bundan əvvəl onlar arasında məişət zəminində münaqişə yaranıb. Hazırda o, saxlanılıb və “Qətl” maddəsi ilə cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, tələbə yıxılan zaman başını beton döşəməyə vurub və kəllə sümüyünü sındırıb.