"Sevgi yolu"nda 13 nəfəri öldürən manyak  da döyüşə qatıldı
09 iyun 2025 11:41 (UTC +04:00)

"Sevgi yolu"nda 13 nəfəri öldürən manyak da döyüşə qatıldı

90-cı illərdə Rusiyanın Samara vilayətində insanları qətlə yetirən manyak Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlayıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 58 yaşlı “meşə manyakı” Dmitri Voroşilov 2012-ci ildə azadlığa çıxıb və doğulduğu Luqansk vilayətinin kəndinə gedib. 10 il sonra Dnepropetrovsk vilayətinə köçüb. Orada o, Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub.

Voroşilov 1993-cü ildə və 1996-1997-ci illərdə Luqansk vilayətindən hərbi xidmətə göndərildiyi Samara vilayətində qətl törətməkdə təqsirli bilinib.

“Meşə manyakı”nın əlindən azı 13 nəfər əziyyət çəkib. O, meşənin yaxınlığındakı “Sevgi yolu” deyilən yerə gələn cütlükləri öldürüb. Eyni zamanda o, meyitlərlə vəhşicəsinə rəftar edib. Məsələn, yanmış avtomobildə bir cəsəd tapılıb.

“Meşə manyakı” 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar