Xəbərə qəza anının görüntüləri əlavə olunub.
***
saat 09:26
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də qeydə alınıb.
48 yaşlı Mübariz Həmidov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 69 yaşlı Gülarə Abdullayevanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.