Şəkidən Vəziristana, 200 dollara tapança, 6 ay həbs: “Mahmud” kim idi?
17 fevral 2022 20:41 (UTC +04:00)

Şəkidən Vəziristana, 200 dollara tapança, 6 ay həbs: “Mahmud” kim idi?

Pakistanda “Taliban” terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Mənsur Musayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılıb.

İttihama görə, vəhhabi təriqətinə etiqad edən Mənsur Musayev 2011-ci il mayın 2-də, eyni təriqətin üzvü Nəsir Cahangirov isə 2011-ci il mayın 6-da ölkəni tərk ediblər. Onlar qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə İrandan qaçaq yolla Pakistana keçiblər. Təqsirləndirilən şəxslər Pakistanda “Taliban”a bağlı  “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı dəstəyə qoşularaq hərbi təlimlərdə və döyüş əməliyyatlarında iştirak ediblər. N. Cahangirov 2012-ci il iyulun 14-də ölkə ərazisinə geri qayıdıb, M. Musayev isə 2013-cü il avqustun 4-də Azərbaycana deportasiya olunub.

Təqsirləndirilən şəxslər barəsində cinayət işi isə 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılıb. Hər iki şəxs saxlanılıb və Səbayel rayon Məhkəməsi tərəfindən barələrində həbs-qətimkan tədbiri seçilib. 

Məhkəmədə danışan Mənsur Musayev bildirib ki, 2005-ci ildən ibadətlə məşğuldur: “2011-ci ilin aprel ayında Şəkidə çayxanaların birində qonşum Ruslan söhbət  edirdik. O bildirdi ki, Pakistana gedərək orada döyüşlərdə edib “din qardaşları”na köməklik göstərməyini təklif etdi. Mən də onun təklifinə razılığını verdim. Bir müddət sonra bu məqsədlə Ruslan Səmədovla birlikdə 2011-ci ilin may ayının 2-də avtobusla  Şəkidən İrana keçmək məqsədilə Astara sərhəd-nəzarət buraxılış məntəqəsinə yola düşdük. Təxminən saat 16 radələrində oraya çataraq İrana keçdik. İrana keçdikdən sonra Ruslan Səmədov bir nəfərlə mobil telefon vasitəsilə əlaqə saxladı və daha sonra biz İranın adını xatırlamadığı şəhərində tanımadığım ünvana yollandıq. Orada bizi əslən özbək milliyyətinə bənzər bir nəfər qarşılayıb bələdçilik etdi. Bundan sonra avtobusla İranın tanımadığım başqa bir şəhərinə getdik”.

M. Musayev qeyd edib ki, həmin şəhərdə başqa bir bələdçi onları qarşılayıb və evə aparıb:

“Biz həmin mənzilə çatanda orada daha 4 nəfər vardı. Onlar da Pakistana gedirdi. Təxminən 1 həftə həmin mənzildə qaldıq. Sonra mən, Ruslan Səmədov və daha 4 nəfər  pikap tipli avtomobillə Pakistan istiqamətində yola düşdük. Təxminən dörd gün yol qət etdikdən sonra Pakistanın Vəziristan vilayətinin Miranşah şəhərinə çatdıq. Oraya çatdıqdan sonra “Səlahəddin” ləqəbli əslən puştun milliyyətindən olan şəxsin başçılıq etdiyi camaatın üzvü olan “Mahmud” ləqəbli əslən azərbaycanlı bir nəfərlə tanış olduq. Ümumi söhbətdən sonra bizə qalacağımız evi göstərdilər. Biz 4 gün həmin evdə  dincəldik. Sonra “Mahmud” bizə Miranşah şəhərində yerləşən bazarın yerini göstərdi və oradan  silah almağımızı tapşırdı. Biz bazardan “TT” tipli tapança, qobur, iki sandıqça və hər sandıqçada 7 güllə olmaqla, ümumilikdə 14 gülləni təxminən 200 ABŞ dollarına aldıq. Daha sonra “Mahmud” ləqəbli həmin şəxs vasitəsilə “Səlahəddin” ləqəbli əslən puştun milliyyətindən olan şəxsin rəhbərlik etdiyi camaata qoşulduq, təlimlərdə iştirak etdik. Həmin dəstədə təlimlərdə iştirak etdiyim vaxt “Abdurrahim” , “Abu Ömər”  , “Nasir”  ,“Həsən” , “Abdul Həlim” , “Mahmud”, “Ömər”, “Abu Səməd”, “Əli” və “Musaib” ləqəbli digər azərbaycanlılarla tanış olmuşam.  Ruslan Səmədov özünə “Abdullah”, mən isə “Həsən” ləqəblərini götürmüşəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2011-ci ilin təxminən avqust ayında o, döyüş əməliyyatlarında iştirak etməyə başlayıb:
“Döyüş əməliyyatlarında iştirak edən zaman bizi “Kalaşnikov” markalı avtomat silahı ilə təmin etmişdilər. Döyüş əməliyyatları Pakistanın Əfqanıstanla sərhəd ərazisində dislokasiya olunmuş hərbçilərinə qarşı həyata keçirilib. Mən  gedən döyüşlərdə sinəmdən güllə yarası aldım. Daha sonra məni döyüş bölgəsindən çıxardılar. 4 ay həkim nəzarətində qaldım. Daha sonra yenidən döyüşlərin getdiyi əraziyə qayıdaraq öz camaatımıza qoşulmuşam. 2013-cü ilin fevral ayında isə Azərbaycana qayıtmaq qərarına gəldim və bu barədə digər “Seyfulia” ləqəbli əslən azərbaycanlı olan dəstə başçısından xahiş etdim. “Seyfulia” da öz növbəsində orada türk milliyyətindən olan şəxslərlə danışaraq məni yola salmaq üçün bələdçi tapdı. Həmin ayda sərhədi keçmək istəyən daha bir tatar milliyyətindən olan şəxslə və bələdçi ilə birlikdə yola düşdük. Bələdçi bizi Pakistanın İranla sərhədinə gətirərək orada düşürtdü. Daha sonra sərhədi necə keçəcəyimiz barədə təlimatlandırdı. Sərhədi keçmək istəyərkən Pakistan hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanıldıq. Pakistanın Kvetta şəhərində 5 ay həbsdə qaldıq. Sonra Azərbaycanın Pakistandakı konsulu məni həbsdən azad etdirdi və oradan da Azərbaycana deportasiya olundum”.

Digər təqsirləndirilən Nəsir Cahangirov bildirib ki, tanış ilə söhbətlər zamanı Pakistana gedərək din qardaşlarına kömək etmək istəyib:

“2011-ci ildə tanışım ilə birlikdə “Astara” sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə İrana keçmişik. Orada bizi bir nəfər tanımadığım şəxs bələdçilik elədi. Həmin şəxs bizi İranla Pakistanın sərhədinə gətirdi. Biz qeyri-qanuni yollarla Pakistana keçdik. Orada pakistanlı bələdçi bizi qarşıladı. O, bizi  Vəziristan vilayətinin Miranşah şəhərinə qədər gətirdi. Oraya çatdıqdan sonra “Taliban”ın tabeliyindəki əslən puştun milliyyətindən olan şəxsin başçılıq etdiyi dəstənin üzvlərindən biri bizə qalacağımız yeri göstərdi.  Bir neçə gün orada qaldıqdan sonra həmin şəxs bizə Miranşah şəhərində yerləşən bazarın yerini göstərdi və silah almağımızı tapşırdı. Mən bazardan təxminən 850 ABŞ dollar müqabilində “Kalaşnikov” tipli avtomat, üç sandıqça və 1500 ədəd güllə aldım. Daha sonra puştun milliyyətindən olan “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi silahlı birləşməyə qoşularaq digər üzvlərlə birlikdə silahla davranış qaydaları və silahla atəş mövzularında təlimlərdə iştirak etməyə başladım. Orada “Abdurrahim”, “Həsən” ləqəbli azərbyacanlılarla tanış oldum. Mənə “Nasir” ləqəbi ilə müraciət edirdilər”.

N. Cahangirov qeyd edib ki, təxminən iki ay qeyd edilən təlimlərdə iştirak etdikdən sonra Əfqanıstanla sərhəddə dislokasiya olunmuş hərbçilərinə qarşı həyata keçirilən döyüşlərdə iştirak edib:

“Uzun müddət döyüşlərdə iştirak etmişəm. Bir ildən sonra Azərbaycana qayıtmaq istədim. Bu məqsədlə o, 2012-ci ilin iyul ayında bələdçi vasitəsilə İranın Pakistan sərhədinə gəldik. Oranı qeyri-qanuni keçməyi bacardıq. Mən İran ərazisində bir müddət qalandan sonra Azərbaycan sərhədinə gəlib qanuni şəkildə ölkəyə gəldim”.

2021-ci ilin sentyabrında Səbayel rayon məhkəmənin hökmünə əsasən hər iki təqsirləndirilən şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Təqsirləndirilən şəxslərin cəza müddəti martın 1-də başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6534
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30