Samuxda 37 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
09 noyabr 2023 18:55 (UTC +04:00)

Samuxda 37 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

Noyabrın 9-u saat 17 radələrində Samux rayon Burunqovaq kənd sakini 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Eltac Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***
Saat: 17:26

Noyabrın 9-də saat 16:20-də Samux rayonu Burunqovaq kəndi ərazisində 37 yaşlı Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polis polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 22 yaşlı Çələbiyev Eltac Xuday oğlu saxlanılıb.

Araşdırma aparılır.

***
Saat: 17:13

Samuxda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.

37 yaşlı Muraz Abbasov Muraz oğlu bıçaqlanaraq qətlə yetirilib.

# 5040
avatar

Oxşar yazılar