Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.
Fakt bağlı araşdırma aparılır.