Sahil bağında insanlara elektroşok vuran tutuldu
24 sentyabr 2021 13:26 (UTC +04:00)

Sahil bağında insanlara elektroşok vuran tutuldu

Bakıda xuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini O.Mehdiyev sentyabrın 23-də Sahil bağında xuliqanlıq zəminində vətəndaşlara qarşı elektroşok istifadə edib.

O, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

# 4095
avatar

Mehman Nəbiyev

Oxşar yazılar