Sabirabadda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları Güdəcühür kəndi ərazisində yerləşən sahibsiz tikilidən “RPQ-71N1” markalı qumbaraatan, “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron tapıblar.