Rusiyada azərbaycanlılar arasında dava olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samara vilayətinin Borskoye kəndində baş verib. Məlumata görə, yerli sakinlər davanı ayırmağa çalışıblar. Lakin onlar dava zamanı bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı yerli polis idarəsində cinayət işi başlanıb. Sonradan iş prokurorluğun nəzarətinə verilib.
Araşdırmalar davam edir.