Fərman Hüseynov
08 fevral 2021 09:22 (UTC +04:00)

Fərman Hüseynov

Rayonda evdən külli miqdarda heroin tapıldı-FOTO

Xızıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Şorabad qəsəbə sakini Fərman Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı, F.Hüseynovdan kağız bükümdə 0.4 qram narkotik maddə olan heroin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsə məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinə də baxış keçirilib və bu zaman həyətyanı sahədə olan yardımçı tikilidən sellofan torbada çəkisi 600 qram olan heroin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Hüseynov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

# 1482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar