Məşhur qorxu filmi olan “From”dakı dəhşətli qətl ABŞ-da real olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Pensilvaniya ştatında 30 yaşlı Zak Moyer qonşusu 59 yaşlı Eduard Vaythid Cunioru əvvəlcə çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra elektrikli mişarla onu doğrayıb.
Bundan sonra Moyer evinə gedib və film izləyərək polisi gözləyib. Polisin araşdırması zamanı bir il əvvəl qadın və uşağın ölümündə də Moyerin əli olduğu üzə çıxıb. Məlum olub ki, Moyer saxlanıldıqdan sonra onun atası da mərhum Cuniorun ailəsinı sıxıntıda saxlayıb. Buna görə o da saxlanılıb.
Hazırda araşdırmalar davam edir.