Ələ keçirilən silah sursat
27 oktyabr 2021 13:51 (UTC +04:00)

Ələ keçirilən silah sursat

Qazaxda ƏMƏLİYYAT: "patı" satanlar və silah gizlədən tutuldu - FOTO

Qazax rayon Polis Şöbəsinə rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ş. Məmmədov şətri alıcıya narkotik vasitə satarkən saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ədəd kibrit qutusunda marixuana aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Ceyhun Yahyayev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış zamanı oradan narkotik vasitə olan heroin, metamfetamin, marixuana, güclü təsiredici gücə malik psixotrop həblər, şpirslər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Keçirilən növbəti əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazsində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

# 7407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar