Qadınları oğurlayıb  zorlayan dəstə başçısına HÖKM OXUNDU
28 iyun 2025 13:28 (UTC +04:00)

Qadınları oğurlayıb zorlayan dəstə başçısına HÖKM OXUNDU

Rusiyanın Xabarovsk diyarında məhkəmə adam oğurluğu, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə və zorlama ilə məşğul olan cinayətkar qrupun təşkilatçısına hökm oxuyub. 

Lent.az yerli mediaya istinadla bildirir ki, dəstə başçısı Cinayət Məcəlləsinin quldurluq, zorlama və adam oğurluğu da daxil olmaqla 4 maddəsi ilə 18 il həbs cəzası alıb.

Beş nəfərdən ibarət cinayətkar qrup 2023-cü ilin avqustundan 2024-cü ilin may ayına qədər İlyinka kəndində fəaliyyət göstərib. Cinayəti törədənlər qadınların etimadını qazanıb, bundan sonra narkotik alverçilərinin hücumu ssenarisini oynayaraq onları qaçırıblar.

Qadınlar boş yerlərə aparılıb, telefonları götürülüb, fiziki zorakılıqla hədələnib və kredit götürməyə məcbur ediliblər. Bundan sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edə bilməmələri üçün kirayə mənzillərdə saxlanılıb.

Cinayətkarların xüsusi qəddarlığını qaçırılan qızlardan birinin zorlanması faktı təsdiqləyir. Ümumilikdə 13 nəfər dəstənin qurbanı olub və ümumi maddi ziyan 800 min rublu ötüb. Hazırda məhkəmə cinayətkar qrupun qalan üzvlərinin işinə baxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar