Qadın kişiyə görə  həmcinsini benzin töküb YANDIRDI
18 iyul 2025 12:35 (UTC +04:00)

Qadın kişiyə görə həmcinsini benzin töküb YANDIRDI

Ukraynanın Ternopil vilayətində bir qadın həmcinsini benzinlə yandırıb. Polis cinayətkarı saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, iyulun 16-da saat 23 radələrində Berejanı şəhərinin 1-ci polis şöbəsinin əməkdaşlarına Posuxov kəndi yaxınlığındakı tarlada bir qadının tapılması barədə məlumat daxil olub. Qadın ağır yanıq xəsarətləri almış vəziyyətdə olub və vəziyyəti son dərəcə ağır qiymətləndirilib. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb. Həkimlər qadının bədəninin 90 faizinin termiki yanıqla zədələndiyini təsdiqləyiblər.

Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, zərərçəkmiş qadını mübahisə zamanı benzinlə yandıran Berejan şəhərinin 53 yaşlı sakini olub.

İlkin məlumata görə, hadisəyə səbəb olan münaqişə qısqanclıq zəminində baş verib.

Qadına qarşı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar