Qadağan olunmuş dərman satanlar tutuldu- FOTO
03 fevral 2021 10:55 (UTC +04:00)

Qadağan olunmuş dərman satanlar tutuldu- FOTO

Qubada güclü təsir edici dərman satanlar saxlanılıb.

DİN mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsir edici maddə olan “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.

Davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. O, izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.

Həmin şəxslərdən “Tramadol” həbləri aşkarlanıb.

Hər iki şəxs barəsində Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 2733
avatar

Mehman Nəbiyev

Oxşar yazılar