Rusiyanın Xabarovsk vilayətində banka basqın edilib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Sənaye Məhəlləsində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bir şəxs banka soxulub, tapança və qumbaraatanlarla insanları hədələyərək 13 milyon rubldan (təxminən 239 min 200 manat) çox pul oğurlayıb.
Polis qısa zamanda həmin şəxsi saxlayıb. Onun əvvəllər xaricdən gətirilən avtomobillərin satışı ilə məşğul olduğu məlum olub. İşində problem yaşamağa başlayanda kişi idmana mərclərinə başlayıb.
Lakin borcları artıb. Sonra o, oyuncaq tapança və qumbaralardan istifadə edərək bank filialına hücum etmək qərarına gəlib.
Axtarış zamanı onun üzərindən pul tapıblar. Məlum olub ki, o, pulun bir hissəsini artıq borc götürdüyü şəxslərə vermək üçün bölüşdürüb.
Faktla bağlı şübhəli şəxs barəsində cinayət işi başlanıb. Qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.