Ağcabədidə narkotik alverçiləri müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb. V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb. 
 
Faktlarla bağlı Ağcabədi rayon Polis Şöbəsində  araşdırmalar davam etdirilir.
                            
                        Otlaq sahəsində külli miqdarda narkotik gizlətmişdi -FOTO
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0