Oğurluq edən ana və oğlu tutuldu -  VİDEO
02 fevral 2021 14:24 (UTC +04:00)

Oğurluq edən ana və oğlu tutuldu - VİDEO

Bakının Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən birindən oğurluq edən şəxs saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub. Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş maruxuana da aşkar edilib.

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarınını bir qismini yaşadığı evə gətirib. "şyalar onun mənzilindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Həmin Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Naradaran qəsəbəsində daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb. Əməliyyat zamanı  hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Hər iki faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Nardaranda bağ evlrəindən oğurluq edən ana və oğul tutuldu

# 3150
avatar

Mehman Nəbiyev

Oxşar yazılar